Image placeholder

Azərpoçt MMC

"Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti respublikamızda poçt xidmətləri göstərən milli poçt operatordur. Şirkətin xidmət sahəsinə habelə maliyyə, innovativ ödənişlər və göndərişlərin izlənməsi xidmətləri də daxildir. "Azərpoçt” MMC-də hazırda respublika üzrə 10 “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 6-sı paytaxt Bakıda, digər 4-ü isə Cəlilabad, Zaqatala, Sumqayıt və Ağdaş şəhərlərində yerləşir. "Şəbəkə" mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa, bank-maliyyə, eləcə də aviabilet satışı  və  turizm xidmətləri də göstərilir. Eyni zamanda, “Şəbəkə” mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta,  elektron imza, zərf, marka, açıqca və aviabiletlərin satışı, pul köçürmələri,  büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir. Mərkəzlərdə müştərilər həm də xüsusi özünəxidmət terminallarından istifadə edə bilirlər. “SmartPay” - ödəniş sistemi vasitəsi ilə kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə ödəniş etmək mümkündür.