Image placeholder

Carlsberg Azerbaijan

Carlsberg Group 1847-ci ildə danimarkalı Yakob Kristian Yakobsen (J.C. Jacobsen) tərəfindən təsis olunub və hal-hazırda dünyada ən iri pivə istehsalçılardan biridir. Şirkətin baş qərargahı Danimarkanın paytaxtı Kopenhagendə yerləşir. Carlsberg Group dünyanın üç iri regionunun – Qərbi Avropa, Şərqi Avropa və Asiyanın onlarla ölkəsində zavodlara sahibdir və onun məhsulları 150 ölkədə təqdim olunub. Şirkətin portfelində 140-dan çox pivə markası mövcuddur. Qrupun əməkdaşlarının ümumi sayı 42000-dən çoxdur.
“Carlsberg Azerbaijan” pivəbişirmə zavodu Azərbaycanın paytaxtından 10 kilometr məsafədə Xırdalan şəhərində yerləşir. 1969-cu ildə istismara buraxılıb. 1997-ci ildə zavod Group Castel fransız konserninin idarəçiliyinə ötürülmüş, 2008-ci ilin may ayında isə Carlsberg Group-un bir hissəsi olan Baltika şirkəti və Brasseries Internationales Holding (Eastern) Ltd (BIH Eastern) Baku-Kastel pivəbişirmə zavodunun alınmasında dair razılaşma imzalamışdır. Carlsberg Group-a gələcək inteqrasiya məqsədilə 2017-ci ilin fevral ayında zavodun adı “Carlsberg Azerbaijan”a dəyişdirilmişdir.
Carlsberg Azerbaijan Azərbaycanda ən iri pivə istehsalçısıdır. Brend portfelimizə Xırdalan, Tuborg, Baaltika, Əfsanə, 33 Export, Carlsberg, Garage Hard Lemon Drink, Квас Тарас, Krounenbourg Blanc 1664 və sairə məşhur pivə növləri daxildir.
Əlaqə üçün e-poçt: hr_cv@carlsberg.az