Image placeholder

Baku Steel Company

Azərbaycanın ilk metallurgiya şirkəti olan Baku Steel Company 2001-ci ilin may ayından polad istehsalı ilə məşğuldur. Fəaliyyətdə olduğu gündən bu yana yüksək keyfiyyəti, yeniliyi əsas tutaraq daim irəliyə aparan addımlar atmışdır. Təsadüfi deyil ki, daim öz fəaliyyət dairəsini genişləndirən şirkət hal-hazırda iki ədəd Elektrik qövs sobası, üç yayma xəttinə sahib olmaqla polad istehsalına görə illik istehsal gücünü 1000000 tona (bir milyon tona) çatdırmışdır.