Image placeholder

Azərbaycan Metrologiya İnstitutu

“Azərbaycan Metrologiya İnstitutu” Publik Hüquqi Şəxsi Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına əsasən, ləğv edilmiş Dövlət Metrologiya Xidmətinin bazasında yaradılmışdır. İnstitut ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində dövlətin funksiyalarını yerinə yetirən yeganə milli xidmət orqanıdır. İnstitut metroloji xidmət sahəsində 50 ildən artıq iş təcrübəsinə, ən müasir texniki imkanlara və 172 nəfər yüksək səviyyəli kadr potensialına malikdir. İnstitut müasir üslubda tikilmiş yeni binada yerləşir. Hazırda İnstitutun binasında Milli Etalonların saxlanıldığı 8 laboratoriya və ölçmə vasitələrinin yoxlanılmasını və kalibrlənməsini yerinə yetirən 9 laboratoriya fəaliyyət göstərir. İnstitut Azərbaycan Respublikasının milli etalonlarının saxlayıcısıdır.