2016-cı ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ölkədə gənclərin məşğulluğunu artırmaq və onların işlə təmin olunmasına dəstək məqsədilə 2016-cı ildən hər il Məzun-Karyera Sərgisi keçirilir. Həmin ildən Universitetin İctimaiyyətlə Əlaqələr və Marketinq departamentinin tərkibində Məzun-Karyera Mərkəzi fəaliyyət göstərir.
Məzun-Karyera Sərgisi - 17 dekabr 2016-cı il
Sərgidə 35-ə yaxın şirkət 1500-dən çox tələbə və məzunun iştirak edib. Sərginin təşkil olunmasında əsas məqsəd tələbə və məzunların birbaşa şirkət nümayəndələri görüşünə imkan yaratmaq, ölkədə gənclərin məşğulluğunu artırmaq və onların işlə təmin olunmasına yardım etmək olub.
II Məzun-Karyera Sərgisi - 27 may 2017-ci il
Sərgidə 56 şirkət ADNSU-nun tələbə və məzunlarlarına ümumilikdə 239 vakansiya üzrə iş yerlərini təklif edib. Sərgidə SOCAR, Azərsu ASC, “BP”, Schneider Electric, Schlumberger və digər dövlət və özəl şirkətlər iştirak edib. 1500-ə yaxın tələbə və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb. ADNSU-nun rektoru, professor Mustafa Babanlı sərgini ziyarət edərək şirkətlərin stendləri ilə tanış olub, şirkət nümayəndələri ilə vakansiyalar barədə söhbət edib. Sərgi saat 10:00-dan 14:00-dək iştirakçılara açıq olub.
III Məzun-Karyera Sərgisi -2017-ci il 16 dekabr
Sərgidə 98 şirkət ADNSU-nun tələbə və məzunlarlarına ümumilikdə 487 vakansiya üzrə iş yerlərini təklif edib. İlk dəfə olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə və “Karyerada ilk addım” şüarı altında keçirilmiş sərgidə SOCAR, Azərsu ASC, Azərenerji, Azərişıq, Schneider Electric, Sumqayıt Texnologiya Parkı, Socar Polymer və digər dövlət və özəl şirkətlər iştirak edib. 2000- dək tələbə və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb. Saat 10:00-dan başlayan sərgi 14:00-dək davam edəcək. Sərgi çərçivəsində bir neçə şirkətin nümayəndələri ADNSU-nun ayrı-ayrı auditoriyalarında tələbə və məzunlar üçün master-klaslar təşkil olunub.
IV Məzun-Karyera Sərgisi- 2018-ci il 19 may
Sərgidə 78 şirkət ADNSU-nun tələbə və məzunlarlarına ümumilikdə 562 vakansiya üzrə iş yerlərini təklif edib. Sərgidə SOCAR, BP, Azərsu ASC, Azərenerji, SOCAR Polymer, KCA Deutag və digər dövlət və özəl şirkətlər iştirak edib. 2000-dək tələbə və məzunun iştirak edib. Saat 10:00-dan başlayan sərgi 13:00-dək davam edib.
V Məzun-Karyera Sərgisi- 22 dekabr 2018-ci il
Sərgidə 68 şirkət ADNSU-nun tələbə və məzunlarlarına ümumilikdə 436 vakansiya üzrə iş yerlərini təklif edib. Sərgidə SOCAR, BP, KCA Deutag, Azərsu ASC, Azərenerji, SOCAR Polymer, Schlumberger və digər dövlət və özəl şirkətlər iştirak edib. 3000-dək tələbə və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb. Sərgidə 2300-dən artıq tələbə və məzun işə müraciət və təcrübə üçün anket təqdim edib
VI Məzun-Karyera Sərgisi – 25 may 2019-cu il
Sərgidə 84 şirkət ADNSU-nun tələbə və məzunlarına ümumilikdə 591 vakansiya üzrə iş yerləri, eyni zamanda 262 təcrübə yeri təklif edib. Sərgidə Energetika Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, SOCAR, Qida Təhlükəsizliyi Agentliyi, Azərsu ASC, Azərenerji, SOCAR Polymer, Schlumberger və digər dövlət və özəl şirkətlər iştirak edib. 2000-dək tələbə və məzunun iştirak edib. Saat 10:00-dan başlayan sərgi saat 12:00-dək davam edib.
VII Məzun-Karyera Sərgisi – 21 dekabr 2019-cu il
Sərgidə 89 dövlət qurumu və özəl şirkət, o cümlədən Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, SOCAR, “Azərenrji” ASC, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Metropoliteni” QSC, SOCAR Fugro, SOCAR AQŞ, “Azərkimya” İB, Sumqayıt Texnologiyalar Parkı, “AzerGold” QSC, “Aztelekom” MMC, “Azərcell” və digərləri iştirak edib. Ümumilikdə ADNSU-nun tələbə və məzunlarına sərgidə 629 vakant iş yeri və 321 təcrübə yeri təklif olunub. Saat 10:00-dan 12:00-dək davam edən sərgidə şirkət nümayəndələrinə tələbə və ADNSU-nun məzunları tərəfindən 2034 CV təqdim olunub.
VIII Məzun-Karyera Sərgisi
İyunun 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yuxarı kurs tələbələri və məzunlar üçün VIII Məzun-Karyera Sərgisi keçirilib. Qlobal koronavirus pandemiyası ilə mübarizə məqsədilə Azərbaycan Respublikasında elan edilmiş karantin rejimi şəraitində onlayn formatda baş tutan sərgidə 37 dövlət qurumu və özəl şirkət tərəfindən 217 vakant iş yeri üçün universitetin tələbə və məzunları tərəfindən 1260 CV-nin göndərildiyini bildirib. Tədbir çərçivəsində career.asoiu.edu.az saytının təqdimatı olub. Bildirilib ki, tələbə və məzunlar career.asoiu.edu.az linki vasitəsilə sayta daxil olub vakant yerlərlə tanış ola, müvafiq şirkət və daha sonra vəzifəni seçib CV-lərini göndərə bilər. Daimi olaraq tələbələri yeni iş yerləri və vakansiyalar barədə məlumatlandıracaq saytda bu sərginin nəticələrinin iyunun 25-də açıqlanacağı elan olunub.
IX Sərgi haqqında məlumat
22 Dekabr 2020-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yuxarı kurs tələbələri və universitetin məzunları üçün IX Məzun-Karyera Sərgisi keçirilib. Sərgidə 59 dövlət qurumu və özəl şirkət tərəfindən 241 vakant iş yeri təqdim olunub. Sərgidə iştirak edən şirkətlərdən və dövlət qurumlarından Energetika Nazirliyinin Dövlət Qulluğu sektorunun, Qida Təhlükəsizliyi Agentliyinin Kadrlar şöbəsinin, Azərenerji ASC-nin, AzərGold QSC-nin, Baktelekom MMC-nin əməkdaşları çıxış edərək vakant iş yerləri və ADNSU tələbələrinin gənc mütəxəsislər olaraq özlərini doğrultduqlarını, əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər.
X Sərgi haqqında məlumat
Mayın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yuxarı kurs tələbələri və universitetin məzunları üçün X Məzun-Karyera Sərgisi keçirilib. Mövcud koronavirus pandemiyasının hələ də hökm sürdüyünü nəzərə alaraq sərgi karantin rejimi şəraitində onlayn formatda keçirilib. Sərgidə 63 dövlət qurumu və özəl şirkət tərəfindən 231 vakant iş yeri və 300-ə dək təcrübə yeri təqdim olunub.
XI Sərgi haqqında məlumat
Dekabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) XI Məzun-Karyera Sərgisi keçirilib. Sərgi mövcud koronavirus pandemiyasının hələ də bitmədiyini nəzərə alaraq onlayn formatda baş tutub. Sərgidə 82 dövlət qurumu və özəl şirkət tərəfindən 234 vakant iş yeri və 270 təcrübə yeri təqdim olunub.
ADNSU-da XII Məzun-Karyera sərgisi keçirilib
Mayın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) XII Məzun-Karyera Sərgisi keçirilib. Sərgidə 73 dövlət qurumu və özəl şirkət, o cümlədən Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, SOCAR, “Azərenerji” ASC, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Metropoliteni”QSC, “AzerGold”QSC, “Azərcell”, “Azerfloat”QSC və digərləri iştirak edib. Ümumilikdə ADNSU-nun tələbə və məzunlarına sərgidə 219 vakant iş yeri və 270 təcrübə yeri təklif olunub.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı sərgi iştirakçılarını salamlayaraq, universitetdə ənənəvi olaraq keçirilən Məzun-Karyera Sərgisinin tələbə və məzunların işlə təmin olunmasında və təcrübə imkanlarının genişlənməsində mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, Məzun-Karyera sərgiləri məzun və işəgötürənlərin qarşılıqlı- faydalı əməkdaşlıq əlaqələri qura bilməsi üçün əlverişli platformadır. Milli iqtisadiyyat və sənaye üçün yüksəkixtisaslı kadrların yetişdirilməsinin universitetin qarşısında prioritet məsələ kimi dayandığını vurğulayan rektor M.Babanlı sərgidə iştirak edən bütün qurumların nümayəndələrinə təşəkkürünü bildirib.
Sərginin açılış mərasimində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli çıxış edərək, Azərbaycanda gənclərə göstərilən diqqət və qayğıdan söz açıb. O, qeyd edib ki, belə sərgilərin təşkili önəmlidir, tələbələr və universitetlərlə olan işbirliyi həm də əmək bazarına olan tələbləri ehtiva edir. M.Abbasbəyli əlavə edib ki, hədəf olaraq gənclərin ixtisaslı mütəxəssis kimi yetişməsi ilə yanaşı, əmək bazarına və ixtisasına uyğun işlə təmin olunması daim diqqət mərkəzində saxlanılmalıdır.
Sərgidə ADNSU-nun “Gənclik” Mahnı və Rəqs Ansamblının ifasında xalq rəqsləri ifa olunub, tələbələr müxtəlif musiqi nömrələri ilə çıxış ediblər.
Daha sonra ADNSU-nun rektoru, professor M.Babanlı, prorektorlar, tələbə və məzunlar sərgidə iştirak edən qurumların stendləri ilə tanış olublar. Şirkət nümayəndələri rektor M.Babanlıya təqdim etdikləri vakansiyalar və təcrübə proqramları barədə məlumat veriblər.
Sərgi zamanı universitetin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov həmçinin, "career.asoiu.edu.az" saytı haqqında da məlumat verib. O bildirib ki, tələbələr sərgidə şirkətlər tərəfindən təqdim olunan vakant iş və ya təcrübə yerləri, iş imkanları barədə saytdan daha ətraflı məlumat əldə edə bilərlər.